3 May Dünya Mətbuat azadlığı günüdür? -Mətbuat azadlığı olan ölkəmizdə vəziyyət necədir?

3 349 3-05-2020, 20:01 cemiyyet / maraqli

3 May Dünya Mətbuat azadlığı günüdür? -Mətbuat azadlığı olan ölkəmizdə vəziyyət necədir?
3 may Dünya Mətbuat Azadlığı Günüdür.

Bu gün 1993-cü ildə UNESCO-nun tövsiyyəsi əsasında BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib.

BMT-nin Baş katibi Antonio Guterres deyir ki, "Heç bir demokratiya şəffaf və inamlı informasiyaya əlçatımlıq olmadan tam deyil".


Azərbaycanda hökumət sərt siyasətini yumşaldırmı? Etirazlardan sonra verilmiş 5 qərar Ermənistana getmiş azərbaycanlı jurnalist orada nə gördü?
Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mətbuat azadlığının məhdudlaşdırılması, jurnalistlərin həbsi və onlara təzyiq edilməsi ilə bağlı tənqid edilib.

Hökumət bu tənqidləri əsassız hesab edir. Prezident İlham Əliyev Azərbaycanda mətbuat azadlığının qorunduğunu deyir.

Avropa Parlamenti 2018-ci ilin iyulunda qəbul etdiyi qətnamədə Avropa İttifaqına gələcəkdə Azərbaycanla bağladığı razılıqlarda siyasi məhbusların azad edilməsini ətraflı razılığın ratifikasiyası üçün şərt olduğunu Azərbaycan hökumətinə xatırlatmağı tövsiyə etmişdi.

Sənəddə hazırda həbsdə olan jurnalistlər Elçin İsmayıllının dərhal azad edilməsinə nail olması tövsiyyə edilmişdi.

Qətnamədə həmçinin Aİ-yə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qoyulan qadağanın qaldırılmasına nail olunması tövsiyyə edilib.

Azərbaycanda həbs olunan jurnalistlərdən başqa, müxalifyönlü media ilə əməkdaşlıq edən bir sıra jurnalistə ölkədən çıxış məhdudiyyəti qoyulub.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunda yer alan Xədicə İsmayıl BBC News Azərbaycancaya deyib ki, İşçi Qrupun "siyasi məhbus siyahısında" hazırda həbsdə olan 2 jurnalistin adı var. Bunlar Araz Quliyev və Elçin İsmayıllıdır.
3 May Dünya Mətbuat azadlığı günüdür? -Mətbuat azadlığı olan ölkəmizdə vəziyyət necədir?

Son günlərdə həbs edilən Jurnalistlərdən biri də Elgün Gəncimsoydur. E. Gəncimsoy karantin rejim qaydalarını pozmaqda günahlandırılaraq 20 sutka həbs edilib.
Ölkə ərazisində mətbuata təzyiqlər tək jurnalistlərin təzyiqləri ilə bitmir. Eyni zaman da İnformasiya Agentliyiləri də təzyiqə məruz qalır.
Bloklanan saytlar
Meydan TV, Azadlıq Radiosu, Azadlıq qəzeti, Turan TV, Azərbaycan saatı
3 May Dünya Mətbuat azadlığı günüdür? -Mətbuat azadlığı olan ölkəmizdə vəziyyət necədir?

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və "Telekommunikasiya haqqında" qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Səbail Rayon Məhkəməsi 2017-ci ilin mayın 12-də Azadlıq Radiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, Turan TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytlarının bloklanması haqda qərar qəbul edib və sözügedən saytlar eyni gün bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayılması haqda müraciətinə əsaslanıb.

ETM məhkəməyə müraciətində iddia edib ki, adıçəkilən media qurumları "Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid" yaradıb.

Qurum, müraciətində bu saytların sonradan başqa adlar altında fəaliyyət göstərəcəyi təqdirdə onların da bloklanmasını tələb edib, lakin bu tələb təmin edilməyib.

Bloklanan saytlar iddiaları "əsassız" hesab edirlər.

2019-cu il aprelin 23-də Meydan TV saytının bloklanması ilə bağlı şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qətnaməsini dəyişməyib.

Bundan başqa bir neçə digər saytlara bənzər səbəblərlə məhdudiyyət qoyulub. Amerikanın səsi, Arqument.az və bir neçə başqa sayta isə müxtəlif vaxtlarda qoyulan məhdudiyyətlər daha sonra götürülüb. Qeyd etməliyik ki, müxtəlif vaxtlarda xeberdar.netə də təzyiqlər olub və sayt bloklanib.

Nəzərinizə çatdıraq ki, Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 1ci maddəsinə əsasən, jurnalistin məlumatı axtarmaq, toplamaq, yaymaq hüququ var. Dövlət jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə və onun sosial müdafiəsinə təminat verir. (KİV haqqında qanun maddə 1)
Bu barədə yazılarımız davam edəcək...


Xəberdar.net

XƏBƏR LENTİ