Uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü

651 7-05-2020, 15:47 cemiyyet

Uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldüBakıda ananın 2 yaşlı oğlunu yemək yedirtmək üçün pəncərədə oturtması ölümlə nəticələnib.

Xeberdar.net "Qafqazinfo-ya" istinadən xəbər verir ki, hadisə mayın 6-sı saat 13 radələrində Sabunçu rayonunda baş verib. Anası 2 yaşlı oğlu Kamil Abdullazadəni yaşadıqları fərdi yaşayış evinin ikinci mərtəbəsində otağın pəncərəsində oturdaraq yemək yedizdirib.

Bu zaman ani olaraq uşaqdan diqqətini ayırması nəticəsində 2 yaşlı Kamil pəncərənin qoruyucu toruna tərəf əyilib və müvazinətini itirərək pəncərədən evin həyətinə yıxılıb. Valideynləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparıb və 2 yaşlı Kamilə ilkin tibbi yardım göstərilsə də, həmin gün saat 21 radələrində xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ