Mənsimovun səhhəti kritik dərəcədə ağırlaşıb

444 11-05-2020, 18:03 ---

Mənsimovun səhhəti kritik dərəcədə ağırlaşıbİstanbulun Silivri həbsxanasında uydurma ittihamlarla saxlanılan Mübariz Mənsimovun sağlıq durumu olduqca kritikdir”.

Bunu AKTUAL TV -yə “Palmali” şirkətinin İctimai əlaqələr departamentinin rəhbəri Fidan Quliyeva bildirib. Onun sözlərinə görə, Mübariz bəyin bədənində ağrılar o qədər şiddətlənib ki, artıq onun kürəyinə də vurur. Mənsimov yemək yeməkdə, danışmaqda və yeriməkdə çox çətinlik çəkir. Fidan Quliyeva deyib ki, Mübariz Mənsimov yalnız onun damarlarına sistem vasitəsilə vurulan dərmanların köməyi ilə hərəkət edə bilir.

Qeyd edək ki, həbs edilmədən qısa müddət əvvəl cərrahiyyə əməliyyatı keçirən iş adamının yarası iltihablanıb, bədənində şişkinliklər əmələ gəlib, qaraciyərində problemlər ortaya çıxıb. Buna səbəb isə əməliyyatdan sonra müalicəsinin lazımi səviyyədə aparılmamasıdır. Onun qaldığı şəraitin hər cür infeksiyanın, o cümlədən, koronavirusun yayılmasına uyğun olduğu qeyd edilir. Bildirilir ki, immuniteti zəiflədiyi üçün artıq gəzməkdə də çətinlik çəkir.

Bununla əlaqədar, Mübariz Mənsimov hər gün cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə aparılır və orada həkimlərin baxışından sonra geri qaytarılır. Lakin bu prosesin özü də onun səhhəti üçün ciddi təhlükə törədir. Çünki bir neçə gün əvvəl “Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimovun saxlandığı Silivri həbsxanasında 44 məhkumda koronavirusun aşkarlanması barədə məlumat yayılmışdı. İstanbulun Bakırköy Cümhuriyyət Baş Prokurorluğu öz bəyanatı ilə bunu təsdiqləmişdi.

Mənsimovun vəkilləri onun səhhəti və həkim nəzarətində olmasının vacibliyi ilə bağlı sənədlər hazırlayaraq aidiyyəti orqanlara təqdim etsələr də, həbs şəraitində heç bir dəyişiklik edilməyib.

Qeyd edək ki, Mübariz Mənsimov 29 fevralda cərrahi əməliyyat keçirib. 15 mart 2020-ci ildə FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb. 17 martda həbs edilərək Silivri həbsxanasına göndərilib
.

XƏBƏR LENTİ