Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO

Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEOÖlkə Prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə prnsipial olaraq start verməsi illərdir ki, özünün məğlubedilməz obrazını yaratmış məmurların məsuliyyətə Smüddət əvvəl DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilən İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevdə özünü məğlubedilməzlərdən hesab edirdi. Conflict.az olaraq dəfələrlə bu şəxsin nəinki özünün qanunsuz əməlləri, hətta tabeçiliyində olanların hərəkətləri ilə bağlı məlumatlar dərc etmişik. Lakin Vilyam Hacıyevin özünə vurğunluğu ona çatışmamazlıqları aradan qaldırmağa mane olurdu. Nəticə isə göz qabağındadır. Oxucuların diqqətinə onu da çatdıraq ki, mətbuat orqanı olaraq dəfələrlə onu da qeyd etmişik ki, Vilyam Hacıyev şikayətlər fonunda həmişə haqsız və hədsiz məmurunun yanında olub. Halbuki ölkə Prezidenti cənab İlham Əliyev istər rəsmi tədbirlərdə, istərsə də yeni təyinatlar zamanı qəbullarda icra hakimiyyəti başçılarının xalqın yanında olmalarını davamlı olaraq tövsiyyə edib. Sözsüz ki, Vilyam Hacıyev İmişli əhalisi üçün artıq acı və xoş xatirələri olmayan sadəcə bir keçmişdir.
Ötən gün ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Elçin Rzayev İmişli rayonuna İcra Hakimiyyətnin başçısı təyin olundu. Cənab Pzayevi media olaraq təbrik edir və uğurlar arzulayırıq. Və inanırıq ki, cənab Prezidentin onu videoqəbulu zamanı etdiyi tövsiyyələr fəaliyyəti dövründə idarəçiliyinin əsas ana xəttini təşkil edəcək. Maraqlı məqam isə başqadır. Yuxarıda qeyd edildiyi kimi bu bölgədə müxtəlif dövlət müəssisələrinə hələ də rəhbərlik edən və Vilyam Hacıyevin sevimlisi olan şəxslər var. Təəssüf ki, mətbuat bu şəxsləri yalnız qanundankənar hərəkətləri ilə tanıyıb. Sözsüz ki, biz zaman-zaman həmin şəxslərlə bağlı hətta təkrar olsa belə məlumatları davamlı olaraq dərc edəcəyik. Vilyam Hacıyevin sevimli kadrlarından da biri rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlisafa oğludur.

Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, Vilyam Hacıyevin həbsindən cəmi bir neçə gün əvvəl Conflict.az-da rayon sakinlərindən aldığımız informasiya əsasında İmişlidə karantin rejiminə qanunamüvafiq formada əməl edilməməsi ilə bağlı məlumat dərc etmişdik. Məlumatın dərcindən təxminən bir saat sonra saytın əlaqə nömrəsinə +994212466070 nömrəli telefondan zəng gəldi. Özünü İmişli rayon İcra Hakimiyyətnin nümayəndəsi Paşayev olaraq təqdim edən şəxsin 2-ci cümləsi bu oldu: Səni cənab başçı (Vilyam Hacıyev – red.) ən yüksək səviyyədə məhkəməyə verib. Mən bu Sultan Süleyman iddialı Paşayevin nəzərinə çatdırdım ki, biz orta məktəb dostları olmamışıq – mədəni ol. Yəni sən yox, siz deyəcəksən. Ən yüksək məhkəmə isə Haaqanımı nəzərdə tutursan? Və sözsüz ki, cavabda kəskin oldu: Çox uzatmayaq məsələ bitdi. Sözsüz ki, bu zehniyyətlə nəyi isə də uzatmağı düşünmürdüm. Telefon danışığından cəmi bir neçə dəqiqə sonra saytın baş redaktoruna ən yaxın qohumu tərəfindən zəng gəldi. “Kənd icra nümayəndəsi mənə zəng edib səninlə bağlı məlumat verməyimi istəyir”. Sözsüz ki, redaksiya olaraq dərhal hərəkətə keçdik. Axı indi 37-ci il deyil. Və Stalinin “troyka”sıda yoxdur. Azərbaycan demokratik qanunlarla idarə olunan müstəqil respublikadır. Bəs elə isə nədən bu cür təzyiq metodları o qədər də böyük olmayan İmişlidə baş verir. Əlaqə saxladığımız İH rəhbərlərindən biri nəzakətlə bildirdi ki, bu məsələdən onun xəbəri yoxdur. Və araşdırıb bizə məlumat verəcəyinidə söylədi. Ədalət naminə deyək ki, qısa müddətdə araşdırdı, lakin həmin şəxsin kimliyini öyrənə bilmədiyini dedi. Lakin öyrənmək bir o qədər də problem deyildi. Həmin kəndin zəng edən icra nümayəndəsindən tapşırıq verəni öyrənmək ən asan yol olardı. Lakin...
Və bu iddialı Ziya Paşayev kimdir? Pandemiyadan əvvəl bir neçə il ölkə Prezidentinin təşəbbüsü ilə orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq” adlı tur-aksiyalar təşkil edilirdi. Bu tip aksiyaların yeniyetmə və gənclərin həyatında, ölkənin tanıtımında xüsusi əhəmiyyəti var idi. Təəssüflə qeyd edək ki, kifayət qədər ciddi ideoloji yükü olan bu tip tədbirlərə bəzən qeyri-ciddi, təsadüfi adamlarda rəhbərlik edirdi. Məhz Ziya Paşayev kimi. İmişli rayon orta məktəb şagirdləri üçün də təşkil edilən tur aksiya zamanı baş vermiş rəzalətə həmin vaxt ölkə ictimaiyyəti də şahid olmuşdu. Belə ki, rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlisafa oğlu bu aksiyaların birində avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətlər etmişdi. Sözsüz ki, mətbuat olaraq əldə etdiyimiz videonu dərc etmişdik. Lakin tutduğu dövlət vəzifəsinə baxmayaraq məktəblilərin qarşısında qeyri-ciddi hərəkətlərə yol verən bu şəxslə bağlı video görüntülər bir müddət media gündəmini zəbt etsə də, İmişli rayon icra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bu şəxsin ikrah doğuracaq hərəkətləri ilə bağlı hər hansı tədbir görmədi. Nəinki görmədi, hətta Paşayevə o qədər səlahiyyət verdi ki, sektor müdiri bir mətbuat orqanının baş redaktoruna belə hədə- qorxu gəlməyə başladı. Onun yaxınlarına təzyiq olundu və qanunsuz sorğu-suala məruz qaldılar.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Xeberdar.net

Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO

  • 22-05-2020, 11:30
  • 144


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  4. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  5. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  6. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  7. Sabah güclü külək əsəcək
  8. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  9. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  10. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI