İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR

İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllının Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur. Belə ki, bir neçə gün öncə sakinlər tərəfindən çoxsaylı şikayətləri nəzərə alaraq, rayonun icra hakimiyyətinin rəhbərliyi adıçəkilən kəndlərə baş çəkib, örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüşüb.
Bu barədə Xeberdar.net'ə İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Karantin qaydalarına əməl olunaraq təşkil olunmuş görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, həmçinin bunlara şərait yaratmaq və ya göz yummağın qanuna zidd olduğu izah olunub, maarifləndirmə aparılıb.

Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.


Xüsusi ilə vurğulanıb ki, cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

O da diqqətə çatdırılıb ki, torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.

Qanunsuz zəbtdən azad olunmuş torpaq sahələri yenidən təyinatı üzrə ümumi istifadəyə verilib. Bu cür özbaşınalıqların aradan qaldırılması üçün qanunvericiliyə əsaslanan maarifləndirmə və bələdiyyələrin rəhbərliyi ilə görülən tədbirlər davam etdiriləcək.

İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR

Mirzə li

Xeberdar.net

İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR

  • 22-05-2020, 21:17
  • 157


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  3. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  4. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  5. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  6. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  7. SON DƏQİQƏ:Dağıstanla sərhəddə azərbaycanlılarla polislər arasında qarşıdurma-VİDEO
  8. "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA
  9. İcra başçısı Vüqar Səfərliyə ov təşkil edirmiş
  10. Deputat: “Karantin rejimində toylar keçirilsin”
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI