Ananı yaraladı, oğlu ilə qızını öldürdü — BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-VİDEO

Ananı yaraladı, oğlu ilə qızını öldürdü — BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-VİDEO

Xeberdar.net xəbər verir ki, hadisə Nərimanov rayonunun Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Azər Cəfərov ifadəsi zamanı bildirib ki, qətlə yetirdiyi şəxslər arvadının qohumları olub. O, ifadəsində əvvəlcə Saqil Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu, daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib.
Hadisə baş verən günü Azər həyətinin arxa tərəfində hasar üçün taxtaları daşımaq lazım olduğundan qonşuluqda yaşayan Lətifə Məmmədovanın oğlu Saqili köməyə çağırıb.

Azər Cəfərov: "Bir az Saqilnən taxta daşıdıq sonra birdən yadına düşdü ki, Lətifənin böyük oğlu deyirdi ki, evdə pul yığıram.Fikirləşdim ki, borclarımı qaytarmaq üçün evlərində 5 min manata yaxın pul olar"

Bu məqsədlə o, həmin məbləği ələ keçirmək barədə düşünüb.

Həmin gün saat 18-radələrində taxta parçası ilə qəflətən Saqilin başına möhkəm zərbə vurub və nəticədə o, huşunu itirərək yerə yıxılıb. Daha sonra oğlanın əllərini, ayaqlarını və boğazını trosla bağlayıb, onu avtomobilinin yük yerinə yerləşdirib.

Sonra qohumları Lətifəgilin evinə tərəf gedən Azər Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Qadın onlara yemək süfrəsi açıb. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb.

Fərid Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə Lətifə Məmmədova açıb. Azər Cəfərov qapını açan qadına sağ əlində hazır vəziyyətdə olan kəsici alətlə boyun və sinə nahiyyəsindən bir neçə zərbə endirib.

Qadın yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Bu zaman Lətifənin qızı Fəridə anasını yerdə yıxıldığını görüb qışqırmağa başlayıb.

Vaxtı itirmək istəməyən Cəfərov dərhal giriş qapısının yanında qıza hücum edərək boğazından ardıcıl zərbələr vurub.

Məhkəmə tibbi ekspertizanın rəyinə əsasən Fəridə Qasımovanın üzərində 27 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib.

Azər Cəfərov hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Azər Cəfərov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib

Ananı yaraladı, oğlu ilə qızını öldürdü — BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-VİDEO

  • 6-06-2020, 20:06
  • 64


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə
  3. Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”
  4. Sabah hava necə olacaq? –Proqnoz
  5. TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"
  6. Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək
  7. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  8. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  9. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  10. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI