Oğlan ondan ayrılmaq istəyən nişanlısını HAMAMDA ÖLDÜRDÜ — Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEO

Oğlan ondan ayrılmaq istəyən nişanlısını HAMAMDA ÖLDÜRDÜ — Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEOXeberdar.net "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binəqə qəsəbəsində baş verib.

Qəsəbə ərazisində 31 yaşlı Nəcəf Məcidov 26 yaşlı nişanlısı İlahə Ağayevanı qısqanclıq zəmnində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Sonra münaqişənin qarşısını almağa cəhd edən mərhumun bacısı Rəhimə Ağayevaya da xəsarət yetirib.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı biçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu hadisədən beş gün sonra elə Binə qəsəbəsində yaxalaya bilib.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Təqsirəndirilən şəxs qismində dindirilə Nəcəf Məcidov bildirib ki, 2016-cı ilin senytabr ayında qonşuluqda yaşayan İlahə Ağayeva ilə nişanlanıb. Dini kəbin kəsdiriblər lakin toy etmədiklərindən ayrı yaşayıblar. İlahənin anası qızının onunla nişanlanmasına narazı olub. Martın 1-də Nəcəf Məcidov nişanlısının ona qarşı fikrinin necə olmasını, anası ilə razılaşıb razılaşmadığını bilmək üçün nişanlısı ilə söhbət etmək istəyib. Bu məqsədlə Nəcəf telefonla nişanlısı ilə danışarkən İlahə anasının işdə olduğunu bildirib.

Ona gecə vaxtı görüşmək istədiyini və həyətlərinə gəlmək istədiyini desə də, İlahə əvvəl razılaşmayıb. Bir qədər danışandan sonra İlahə onunla görüşməyə razılaşıb.

Saat 2 radələrində Məcidov onlara gəlib. Hava soyuq olduğundan həyətdəki hamam otağına daxil olub söhbət ediblər. Söhbət zamanı İlahədən anasının onları ayırmasının səbəblərini soruşub. Ağayeva anasının kimə ərə versə onada gedəcəyini söylədikdə Nəcəf cibindən çıxardığı bıçaqla qıza zərbələr vurub. Bu zaman qışqırıq səsəni İlahənin bacısı həyətə düşüb.
Rəhimə hamama girəndə Məcidov İlahəni buraxıb və onada bir dəfə xəsarət yetirib.

İlahə Ağayeva hadisə yerində ölüb, Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərindəki hamamda görüşüblər: “Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, isti olsun. Həmin gün də qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım.

Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam”.

İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”.

Hadisə barədə daha ətraflı videonun 16:00 dəqiqəsindən baxa bilərsiz

Oğlan ondan ayrılmaq istəyən nişanlısını HAMAMDA ÖLDÜRDÜ — Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEO

  • 11-06-2020, 14:51
  • 240


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI