İvanovkada taxıl biçinindən öncə dini ayin oxunur - VİDEO

3 135 18-06-2020, 07:30 cemiyyet / bolge / maraqli

İvanovkada taxıl biçinindən öncə dini ayin oxunur - VİDEO
İvanovkada ağsaqqallar dualar edir, cavanlar biçinə hazırlaşır

Xeberdar.net'ə İsmayıllı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İsmayıllının İvanovka kəndində taxıl biçinindən öncə xüsusi dini ayinlər oxunur. Bu, Malakanlar tərəfindən əsrlərdir qorunub saxlanılan ənənədir. Kəndin ağsaqqalları məhsulun bol, bərəkətli olması, fəlakətlərdən qorunması üçün Tanrıya dua edir.

Nikitin adına kolxozun ərazisində ümumən 3700 hektarlıq sahədə taxıl əkilib. Məhsul, təxmini, 30 sentner həcmində gözlənilir. Biçiləcək ot sahəsi 280 hektardır. İndiyə qədər silos üçün 1425 tonluq ot əldə olunub.

Dünyanın tək sahibi olan Uca Allahdan məmləkətimiz, güclənən dövlətimiz və xalqımızı qorumağı diləyirik! Bərəkətimiz bol, sağlığımız möhkəm olsun!


Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ