Operativ Qərargahdan Prezidentə şikayət - Bir qrup jurnalist bəyanat yaydı

Operativ Qərargahdan Prezidentə şikayət - Bir qrup jurnalist bəyanat yaydı
















Bir qrup jurnalist Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejimi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.Onlar bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı heç bir müddəa yer almayıb və bu qərar ümumilikdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına hesablanıb.Müraciətin mətnini təqdim edirik:”Cənab Prezident, hazırda bütün dünyada böyük və ciddi qlobal problemə çevrilən COVİD19 virusu ilə bağlı Azərbaycanda da bir sıra addımlar atılır. İlkin olaraq bu virusla mübarizə daha çox inzibati addımlar tələb edir, çünki hazırda koronavirusun heç bir vaksini yoxdur. Azərbaycanda da bu ilin mart ayından elan olunan xüsusi karantin rejimi avqust ayına qədər uzadılıb. Lakin son günlər virusa yoluxanların kütləvi artması ölkədə iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejiminin tətbiqinə gətirib çıxarıb. Bizim Sizə müraciət etməkdə məqsədimiz isə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı məhdudiyyətlərlə bağlıdır. Belə ki, bu qərarda jurnalistlərlə bağlı əsaslı bir müddəa əksini tapmayıb, hətta onların vəsiqə ilə fəaliyyətinə belə qadağa qoyulub. Cənab Prezident, koronavirusla mübarizə dövründə həssas və faydalı sahələrdən biri də mediadır, əhalinin doğru-dürüst informasiya ilə təmin edilməsidir. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah artıq ikinci dəfədir ki, jurnalistlərə süni əngəllər yaradır. Ona görə də biz hesab edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və 71-ci maddələrinə ziddir. Konstitusiyanın 71-ci maddəsinə görə, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Ölkədə isə fövqəladə vəziyyət rejimi yoxdur. Ona görə də bu qərar medianın fəaliyyətinin mədudlaşdırılması kimi qiymətləndirilməlidir.

Cənab Prezident!

Biz Azərbaycan mediasının nümayəndələri olaraq Sizdən xahiş edirik ki, heç bir qanuna uyğun gəlməyən bu qərararın dəyişdirilməsinə, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq azadlığına edilən maneələrin aradan qaldırılmasına göstəriş verəsiniz”.

Operativ Qərargahdan Prezidentə şikayət - Bir qrup jurnalist bəyanat yaydı

  • 22-06-2020, 10:10
  • 294


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  2. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  3. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  4. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
  5. DİNŞÜNAS DEPUTATIN KORONAVİRUS “MOİZƏSİ” – İnsanları məsuliyyətli olmağa çağırmaq asandır, amma...
  6. Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
  7. AZAL-da “TƏMİZLƏMƏLƏR” BAŞLADI - Şirkətdə bir qrup vəzifəli şəxs işdən çıxarılıb
  8. Sabah hava necə olacaq? –Proqnoz
  9. Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz — DİQQƏT
  10. Slovakiya rusiyalı diplomatları ölkədən çıxardı
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI