"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)

"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)Böyük şirkətlərin fəaliyyətini sərt tənqid edəndən sonra, həmin müəsissələrin rəhbərlərinin gözqamaşdıran varidatları ilə bağlı sosial mediada çeşidli informasiyalar paylaşılır.

Qaynarinfo xəbər verir ki, belə paylaşımlardan birini də jurnalist Samir Feyruzov edib.

Sözügedən paylaşımda jurnalist "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun villarından birinin fotolarını paylaşıb:

"Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri… Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallarından istifadə olunub.

Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu "Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir. Q.Hseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)

"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)

  • 11-08-2020, 13:22
  • 1 238


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI