İbrahim Kalın: “Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”

498 17-10-2020, 04:00 siyaset

İbrahim Kalın: “Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”

Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir.

Bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.

“Ermənistan Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, dinc sakin demədən cinayət törədir. Bu hüquqdankənar fəaliyyət və qətliamlar qarşılıqsız qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”, - İ.Kalın bildirib.

XƏBƏR LENTİ