QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət

QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət

Azərbaycan və Ermənistan arasında ilk münaqişələr 19-cu əsrin əvvəllərində, yəni Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması ilə başlamışdır. Azərbaycan torpaqlarında ermənilərin kütləvi surətdə yerləşməsi bu vaxtdan başlandı. Daha sonralar isə istər 31 Mart soyqırımı, istər İyirmi Yanvar faciəsi, istər Xocalı Faciəsi və bu kimi soyqırımlar Azərbaycan xalqının yaddaşına, tarixinə həkk olundu. Bugünə kimi erməni cinayətkarları dəfələrlə atəşkəs rejimini pozaraq Azərbaycan Ordusuna, xalqına və ərazi bütövlüyünə zərər verməyə çalışmışdır. Növbəti erməni terrorunun nümunəsi 27 sentyabr 2020-ci il də başlanmışdır. Erməni cinayətkarları bütün cəbhə boyu genişmiqyaslı təxribatlar törətmişdir. Bir çox kəndlərin atəşə tutulması nəticəsində mülki əhali arasında xəsarət alan və yaralananlar olmuşdur. Bütün cəbhə boyu Azərbaycan ordusu əks-hücum əməliyyatına başlamış və düşmənin atəş nöqtələri susdurulmuş, döyüş fəaliyyətinin qarşısı alınmışdır. Hal-hazırki günə qədər erməni ordusunun bir çox silah-sursat ehtiyatı, döyüş texnikası və s. məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. İllər sonra Azərbaycan Respublikasının Prezidenti və Ali Baş komandanı İlham Əliyevin başçılığı altında Azərbaycan ordusu işğal altında olan bir neçə ərazilərini işğaldan azad etmişdir.

Hal hazırda cəbhədə ağır döyüş davam edir. Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi və 10 saata yaxin davam edən bu görüşün nəticəsi olaraq humanitar atəşkəs elan olundu. Lakin buna baxmayaraq Ermənistan tərəfi atəşkəsi, humanitar atəşkəsi elə ilk dəqiqələrindən pozdu. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni raket atəşinə tutdu. Bunun nəticəsində günahsız mülki əhali ağır xəsarət aldılar. Ölənlər arasinda hələ günahsız körpələrin olması Ermənistanın necə aciz və cinayətkar olmasının ən böyük sübutudur. Bundan başqa Ermənistan sivil vətəndaşları nişan alaraq Tərtər, Ağcabədi, Ağdam rayonları ərazisində yaşayan insanların evlərini, təsərrüfatını nişan aldı.

Son hadisələrdə Azərbaycana birmənalı şəkildə dəstək olan ölkələrdən ən əsası Türkiyə və Pakistan oldu. Tarixə nəzər salsaq Pakistan Azərbaycanın müstəqilliyini taniyan ilk dövlət olmuşdur.Türkiyə isə hər zaman olduğu kimi Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu bildirdi. Erməni vandalizmi bütün dünyanın qınaq dairəsinə çevrilməsinə baxmayaraq, dünya birliyi buna hələ də susur, hələ də göz yumur. Bununla belə uşaqların haqqının tapdalanmasına baxmayaraq UNİCEF öz mövqeyini bildirməyib.

18 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının Azərbaycan Dövlətinin tarixinə yazıldı. Azərbaycan Respublikası öz müstəqilliyini daha fərqli,daha yeni bir formada qeyd etdi. Belə ki, işğal altında olan ərazilərin, rayonların bir qismi Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Rəşadətli Azərbaycan ordusu tərəfindən geri qaytarıldı!

Həsənova Səmayə
Bakı Dövlət Universiteti Geologiya fakültəsinin III kurs tələbəsi



Mirzə li
XƏBƏRDAR

QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət

  • 20-10-2020, 20:14
  • 192


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Ümid Partiyasının Fransa Senatına etirazı
  3. Mərkəzi Banka yeni səlahiyyət verilib
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  6. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  9. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
  10. Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI