ANAMA direktoru: Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizləməsi üçün 10-13 il lazımdır

ANAMA direktoru: Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizləməsi üçün 10-13 il lazımdır

Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən əsas obyektləri - elektrik xətlərini, su ehtiyatlarını, habelə qəbiristanlıqları minalayıblar.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov tanınmış jurnalist Həmid Həmidovun “Telegram” kanalına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bütün bu fəaliyyətlər Azərbaycanın dinc əhalisinə qarşı yönəldilmişdir ki, qanuni torpaqlarına qayıdan və dünyasını dəyişmiş yaxınlarını ziyarət etmək istəyən insanlar partladılsın.


“Biz Cəbrayıl rayonundan, hansı ki, hər şeyi əyani şəkildə gördük, eləcə də Füzuli və Zəngilan rayonlarından bəhs edirik. Bundan sonra Hadrut, Kəlbəcər və Laçın rayonları təhvil veriləcək, ermənilərin tələ qurmağa çox vaxtları var. Əməkdaşlarımız artıq onların bir çox müxtəlif növlərini aşkarlayıblar”, - deyə Q.Əhmədov bildirib.

O, düşmənin həm tank əleyhinə, həm də piyada əleyhinə yüz minlərlə mina quraşdırdığını qeyd etdi və iki gün əvvəl birinin ölümü, digərinin yaralanması ilə nəticələnən iki qardaşın minada partlamasını xatırladı. ANAMA direktorunun sözlərinə görə, bu kontaminasiyadan, yəni ərazinin minalarla dolu olmasından xəbər verir.

Minalanmış ərazilər və onların təmizlənməsinin vaxtı barədə danışan Q.Əhmədov hazırda yol xəritəsi hazırlandığını söylədi. O, bildirib ki, təxminən 14 min kvadrat km ərazi təmizlənməlidir. Bunlardan 3000 kvadrat km-i təhlükəli hesab edilmir; bunlar asfalt yollardır. Təxminən 7 - 8 min kvadrat km-i döyüş sahəsidir və təxminən 4000 kvadrat km-i isə digər ərazilərdir.

ANAMA direktoru döyüş sahələri ərazisinin partlamamış hərbi sursatlardan təmizləmək üçün 5-6 il, minalardan təmizləmək üçün isə 10-13 ilə qədər vaxt lazım olduğunu bildirib.

ANAMA direktoru: Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizləməsi üçün 10-13 il lazımdır

  • 19-11-2020, 18:09
  • 40


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Mərkəzi Banka yeni səlahiyyət verilib
  3. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Ümid Partiyasının Fransa Senatına etirazı
  6. İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  9. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  10. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI