Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"

Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"Təbiəti dünyaca gözəl, insanları mərd, igid olan Kəlbəcər.
Hər ağacı bir əsgər, hər qayası bir sipər Kəlbəcər.


Dolanbacları adamı azdıran, İstisuyu Tər-tər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcər.
Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovuna, Dəlidağına qalxıram. Ovcumu donduran buz kimi bulaqların suyundan içirəm. Ağzımı, boğazımı yandıra-yandıra gedib mədəmə rahatlıq gətirən İstisuyun poqquldayan suyunu dərman kimi qəbul edirəm. Baxdıqca adamın papağı düşən ağaclara, qalın-sıx meşələrə, sıldırım qayalı dağlara, yamyaşıl yamaclara baxaraq, təbiətin gözəlliyini duyub, burda yaşamağa dəyər deyirəm. Gözəlliklərlə dolu xatirələrdən ayrılmaq istəmirəm. Xəyallarıma, arzularıma qovuşmaq üçün təzədən sənə gəlirəm. Bezdim, usandım artıq o qədər gözəl yüksəklik varkən çökəkdə, boz səhrada qalmaqdan.
Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"
Dağ adamlarının dağsız, düzənlikdə yaşaması həm də daxili məğlubiyyətdir. Utandığından ancaq yerə baxırsan. Söykənəsi nə dağ var, nə də əzəmətli ağac. Düzənlikdə kürəyini yerə vurursan. Məğlub kimi. Kürəyi yerə vurulan adamın dili-ağzı olmaz, səsi çıxmaz. Çünki səsini daşıyası nə dərə var, nə də səsinə səs verəsi qaya. Eyni fona baxmaq, eyni bozluğu mütəmadi görmək; yeknəsəklik insanın ruhunda bir durğunluq yaradır. Adamı mütiləşdirir.
İnsan yalçın qayalara, qollu-budaqlı ağaclara baxanda qürurlanır. Ürəklənir. Qüvvətli olur.
Mən səni görməyə, sənə dönməyə tələsirəm. Kürəyimi dağlarına söykəyib qürurlanmaq, ən hündür ağaclarına baxa-baxa göyə tamaşa edib özümə gəlmək, özümə qayıtmaq, itirdiyim özümü tapmaq istəyirəm. Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək. Sənin o əvvəlki sevincli halını özünə qaytararaq təmizlənib, durulub, saflaşmaq.
Mən gəzdiyim, olduğum yerlərin heç birində Kəlbəcərdə olan füsunkarlığı, əzəməti görmədim. Təbiət bu yerdən heç nəyi əsirgəməyib. Gözəlliyi, təbii ehtiyatları, dağları, meşələri, özü kimi əyilməz, mərd övladları...
Enişdən ucalığa doğru uzanan arzuları həqiqətə çevirərək, bütün yüksəklikləri alaraq, mənəvi yüksəkliyə qayıdırıq...


Rəfail Tağızadə
Ümid Partiyasının Ali Məclisinin sədri

Xeberdar.net

Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"

  • 27-11-2020, 16:11
  • 339


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  4. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  5. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  6. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  9. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
  10. DİN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI