Sumqayıtda avtomobillə vurulan piyada ölüb

563 3-12-2020, 11:53 hadise

Sumqayıtda avtomobillə vurulan piyada ölüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə gedən magistral yolda piyada, 1988-ci il təvəllüdlü İbrahimov Arzuman Mahmud oğlunu “Hyundai” markalı avtomobil vurub. Nəticədə 32 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ