Türkiyədən Qarabağ açıqlaması: Minalar...

481 6-12-2020, 15:32 cemiyyet

Türkiyədən Qarabağ açıqlaması: Minalar...Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ən qısa müddətdə fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Nadidə Şəbnəm Aktop deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ərazini minalardan təmizləyir:

“Eyni zamanda, bununla bağlı təlimlər də keçilir. Həm kədərdə, həm də şad günlərdə bərabər olduğumuz, can qardaşlarımız Azərbaycan türkünün haqlı davasında bütün imkanlarımızla yanındayıq”/Axar.az

XƏBƏR LENTİ