"Peyvəndin Azərbaycana gətirilməsi ilə xəstəlik bitməyəcək" - Hande Harmancı

518 12-12-2020, 15:00 cemiyyet

"Peyvəndin Azərbaycana gətirilməsi ilə xəstəlik bitməyəcək" - Hande HarmancıYeni növ koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir.

Trend-in məlumatına görə, bunu Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib: "Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq”

O qeyd edib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: "Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir".

XƏBƏR LENTİ