Ermənistan hökuməti:"Paşinyan dekabrın 31-də istefa verməyəcək"

533 17-12-2020, 14:02 dunya

Ermənistan hökuməti:"Paşinyan dekabrın 31-də istefa verməyəcək"Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib.

“RİA Novosti”İN verdiyi xəbərə görə, Ermənistan hökuməti yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, Ermənistan mediasında N. Paşinyanın dekabrın 31-də istefa verəcəyini açıqlayacağına dair xəbərlər yayılıb. Bildirilib ki, Baş nazir istefa qərarını Yeni il bayramı ilə bağlı müraciətində açıqlayacaq/APA.

XƏBƏR LENTİ