məktəb direktoru cərimələnib

663 23-12-2020, 10:10 cemiyyet

məktəb direktoru cərimələnibDaxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, fakt təsdiqini tapdığından N. Məmmədova və məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunub və onlar cərimələniblər.

Qeyd edək ki, Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru N. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

XƏBƏR LENTİ