Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO

Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO Yasamal rayonunda Zahid Xəlilov küçəsində satışa çıxarılan torpaq sahəsi ciddi müzakirələrə səbəb olub.

Qlobal.az xəbər verir ki, müzakirəyə səbəb torpaq sahəsinin yaşayış binalarının həyətindəki yaşıllığı əhatə etməsidir.

Satış elanlarında bütün sənədlərinin tam qaydasında olduğu yazılan torpaq sahəsi yaşayış binalarının kəsişməsində yerləşir. Təqdim edilən ərazidə çoxsaylı yeni əkilmiş ağaclarla yanaşı, təxminən 30-40 il bundan öncə əkilmiş irigövdəli, sağlam ağaclar da var.

Obyekt tikintisi üçün nəzərdə tutulan 3 sot torpaq sahəsi ilk günlərdə 450.000 manata satışa çıxarılsa da, sonradan qiymət 430.000 manata endirilib. İddialara görə ərazi yüksək vəzifəli məmura məxsusdur.

Qlobal.az obyekt tikintisi üçün satışa çıxarılan ərazinin qanuni olub-olmaması və ərazinin satılacağı təqdirdə yaşıllığın taleyinin necə olacağı barədə Yasamal rayon İcra Hakimiyyətindən mövqe öyrənmək istəsə də, İcra Hakimiyyəti sözügedən məsələyə münasibət bildirmədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO

Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO

  • 12-01-2021, 15:01
  • 188


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə Putinə açıq məktub yazdı
  2. Siyasətin boz üzü
  3. Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... - Müğənnilərin karantin gündəliyi
  4. MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA
  5. Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
  6. "Hər kəs bir sayt yaradır və istədiyini edir..."
  7. Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıb –Müdafiə Nazirliyindən açıqlama
  8. Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR
  9. Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər tutulub - VİDEO
  10. Şabranda oğlunu güllələyən ata saxlanıldı
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI