Almaniya və ABŞ XİN başçıları:"Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır"

Almaniya və ABŞ XİN başçıları:"Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır"Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır.
“Reuters”in verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

“Rusiya qanunun aliliyi prinsipinə və vətəndaş hüquqlarının qorunmasına öz konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə bağlıdır. Bu prinsiplər təbii ki, Aleksey Navalnı üçün də tətbiq olunmalıdır. O, dərhal sərbəst buraxılmalıdır”, -deyə Almaniyanın xarici işlər naziri qeyd edib.
ABŞ dövlət katibi Mayk Pompeo da Rusiya müxalifət liderlərdindən biri olan Aleksey Navalnının saxlanılmasını pisləyib: “ABŞ Rusiyanın Aleksey Navalnının həbs qərarını qəti şəkildə qınayır. Özünə güvənən siyasi liderlər rəqiblərindən qorxmur, siyasi rəqiblərinə qarşı şiddət tətbiq etmir və ya onları haqsız yerə həbs etmir. Rus xalqı şəffaf və hesabatlı idarəetməni, müstəqil məhkəmə sistemini və fundamental insan haqqları olan azad söz və toplaşmaq hüquqlarını intiqam qorxusu olmadan istifadəsini dəstəkləyən bir hökumətə layiqdir. Rusiya hökumətini seçki prosesində rəqabət aparan bütün siyasi partiyalar və namizədlər üçün bərabər şərait yaratmağa çağırırıq. Aleksey Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik”.
Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb. Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.
Qeyd olunub ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq. (apa)

Almaniya və ABŞ XİN başçıları:"Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır"

  • 18-01-2021, 11:53
  • 242


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir + FOTOLAR
  2. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  3. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  4. Azərbaycanda tanınmış məşqçinin oğlu ÖZÜNÜ ASDI
  5. Sabah hava necə olacaq? –Proqnoz
  6. DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"
  7. ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
  8. Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ
  9. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  10. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI