"...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ

1 760 23-01-2021, 15:21 iqtisadiyyat

"...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması  səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ

"İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədirlər və müharibə şəraitinin təqdim etdiyi qaydalara uyğun yaşayırlar. " Bu sözləri Mütəllim Rəhimli öz feysbuk səhifəsində yazıb. O, həmçinin bildirib ki, hər an düşmən hücumu, minaların partlaması, 24 saat hərbi hissələrdə xidmət edilməsi, lazimi infrastrukturun olmaması və şəraitin pisliyindən əziyyət çəkirlər.
Bütün bunları nəzərə alsaq, qalib orduya qarşı hakimiyyətin bu münasibəti bir neçə ehtimalla izah oluna bilər:
1. Ordumuzun uğurunu aşağılamaq və onun müvafiq qiymətləndirilməməsi niyyətindən;
2. Cəmiyyətdə ordunun qazandığı nüfuzu azaltmaq, onun idarəçiliyini və tabeliyini ictimaiyyətə nümayiş etdirmək istəyindən;
3. Qaliblərin maddi təminatının yaradacağı azadlıq və tabe olmamaq qorxusunun doğurduğu narahatçılıqdan;
4. Deyilənlərin əksinə olaraq, dövlət büdcəsinin boş olması və müvafiq ehtiyacları qarşılamaq imkanlarının yoxluğundan.



Mirzə li
Xəbərdar.net

XƏBƏR LENTİ