Şamaxıda özünü 5-ci mərtəbədən atmaq istəyən gənci FHN əməkdaşları xilas edib

761 29-01-2021, 15:45 hadise / bolge

Şamaxıda özünü 5-ci mərtəbədən atmaq istəyən gənci FHN əməkdaşları xilas edibŞamaxıda intihara cəhdin qarşısı alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Ramiz Ağayev beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Yaxınlıqdakı insanlar dərhal əraziyə FHN əməkdaşlarını çağırıblar. Ramiz Ağayevin intihar etmək cəhdinin qarşısı alınıb, ona tibbi yardım göstərilib.

Məlumata görə, I qrup əlil olan Ramiz Ağayev həmin binada kirayəda yaşayır. Onun özünə qəsd etmək istəməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

XƏBƏR LENTİ