Vaksin vurduranlarla bağlı önəmli xəbər - “SMS icazə” və digər hərəkət məhdudiyyətləri...""

Vaksin vurduranlarla bağlı önəmli xəbər - “SMS icazə” və digər hərəkət məhdudiyyətləri...""Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər. Bu barədə APA-ya tibbi mənbələrdən bəlli olub.

Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.

Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon ədəd “CoronaVac” vaksinini ölkəyə gətirib.

Vaksin vurduranlarla bağlı önəmli xəbər - “SMS icazə” və digər hərəkət məhdudiyyətləri...""

  • 30-03-2021, 08:35
  • 354


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI