İmişli MRX-nin Baş həkimi Rusiyada yaşayan xanımı Azərbaycanda ruhu xəstə etdi

1 805 9-04-2021, 11:14 siyaset / cemiyyet / bolge / gundem

İmişli MRX-nin Baş həkimi Rusiyada yaşayan xanımı Azərbaycanda ruhu xəstə etdi
Korrupsiya və rüşvətxorluq, eyni zamanda vəzifədən sui-istifadə hallarına qarşı ölkədə mübarizəyə start verilsə də, lakin məsələ hələ ki. həll olunmur. Ölkədə sanki bir qorxusuzluq sindiromu hökm sürür. Ötən gün Xeberdar.net-ə İmişlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, rayon MRX-nin Baş həkimi Eynulla Qasımov Rusiyada yaşayan bir xanıma ölkəyə gəlmədən, hər hansı tibbi komissiyada iştirak etmədən ruhi xəstə olması ilə əlaqədar sənəd verib. Mənbənin bildirdiyinə görə hadisədən xəbər tutanlar Baş həkimə məsələ ilə bağlı irad bildirdikdə isə cavab təəccüb doğurur: “mən hər hansı komissiyanın işində iştirak etmirəm. Möhür şöbə müdirində (kardioloq Anar Cəfərov nəzərdə tutulur-red.) olur. Həmin sənədə də möhürü Anar vurub.”
Onu da qeyd edək ki, mənbə sənədi bu gün redaksiyaya təqdim edəcək.
Maraqlı nüansdır. Dövlət müəssisəsində möhür rəhbərə xüsusi sənədlə təqdim edlir. Digər tərəfdən Eynulla Qasımov nədən təyin olunduğu kommisiyanın işində iştirak etmir? Baş həkim şöbə müdirinin qanunsuz əməllərinə nədən hüquqi qiymət vermək üçün addımlar atmır? Deməli...

Mövzuya qayıdacağıq.

Xeberdar net.

XƏBƏR LENTİ