GÖYCAYDA RÜŞVƏTƏ GÖRƏ KİMLƏR HƏBS OLUNUB? - Prokurorluq məlumat yaydı

GÖYCAYDA RÜŞVƏTƏ GÖRƏ KİMLƏR HƏBS OLUNUB? - Prokurorluq məlumat yaydıGöyçay rayonunda fəaliyyət göstərən ayrı-ayrı qurumların vəzifəli şəxslərinin birgə törətdikləri qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Nəbiyev Ramin Cavanşir oğlu, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Kərimov Qurban Ağarəhim oğlu və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Belə ki, qeyd olunan vəzifələrdə işləyərkən Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyev ilə qabaqcadan əlbir olaraq bələdiyyənin mülkiyyətində olan dağlıq ərazidə yerləşən torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına icazə verilməsi və buna müvafiq şəraitin yaradılması müqabilində ümumilikdə 9 min manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib aldığına görə 17 aprel 2021-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində hər üç şəxs saxlanılıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyevə 17 aprel 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş zəruri istintaq tədbirləri davam etdirilir.

GÖYCAYDA RÜŞVƏTƏ GÖRƏ KİMLƏR HƏBS OLUNUB? - Prokurorluq məlumat yaydı

  • 19-04-2021, 11:32
  • 284


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI