Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı

Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdıAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən “Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və “Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Xeberdar.net-ə verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı

  • 19-06-2021, 11:54
  • 411


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI