İslam aləminə çoxdan bəlli olan “Çörək otu” Koronavirusun qarşısını alır Pandemiyanı başladanlar onu bitirirlər...

2 714 4-08-2021, 15:30 maraqli

İslam aləminə çoxdan bəlli olan “Çörək otu” Koronavirusun qarşısını alır  Pandemiyanı başladanlar onu bitirirlər...Rusıyalı həkim-immunoloq Vladimir Bolibok "Lenta.ru" ilə söhbətində koronavirusun müalicəsində “Nigella sativa” –çörək otu bitkisinin perspektivlərini qiymətləndirib. Həkimin dediyinə görə, alimlərin araşdırmaları sayəsində lazımi maddəni bitkilərdən ayırmaq və ya onu kimyəvi yolla istehsal etmək mümkün ola bilər ki, bu da virusla mübarizədə əhəmiyyətli bir addım olacaq.

Şimali Afrika və Qərbi Asiyada bitən çiçəkli “Nigella sativa”, gələcəkdə COVID-19-a qarşı yeni dərman vasitəsi kimi istifadə edilə bilər. Bu barədə “Clinical and Experimental Pharmacology and Physiology” jurnalında dərc olunan məqalədə deyilir.

Yeni dönəmdə köhnə vasitə

Həkim qeyd edir ki, çörək otunun müalicəvi xüsusiyyətləri haqqında yalnız indi danışmağa başlamadılar. Hələ keçən il Pakistan elm adamları, toxumlarının koronavirusa kömək etdiyinə dair məlumatlar dərc etdilər.

"Göründüyü kimi, burada çörəkotu və ona yaxın bitkilər ilə bağlı paralel araşdırma aparılmalıdır. Çörəkotu Yaxın Şərqdə istifadə edilən ənənəvi ədviyyədir”, deyə Bolibok izah etdi. Həqiqətən, çörəkotu bitkisində koronavirusun S-proteinini blok edə bilən timokinon adlı birləşmə var. Bu birləşmə sayəsində virus selikli qişadan kənara yayılmır və yayılarsa da infeksiyanın özü daxili orqanlara zərər vermir".

“Pakistanlı alimlər çörəkotunu bal ilə qarışdırıb istifadə etməyi təklif edirlər və yeni araşdırmalar indi bitkilərdən ayrıla bilən, dərman kimi istifadə edilə bilən əsas maddəni müəyyən edir. Məsələn, kofein kimi- kofein sintez oluna və həb şəklində qəbul edilə bilər. Çörək otu məsələsinin də eyni istiqamətdə gedəcəyi ehtimal olunur: əgər konkret şəfalı maddə aşkar edildisə, ardınca onu saf formada təcrid etməyə və ya kimyəvi olaraq sintez etməyə çalışacaqlar. Sintez etməyin çox çətin olduğu ortaya çıxsa, aqronomlarımız tərkibində şəfalı xüsusiyyətləri çox olan çörək otu növü inkişaf etdirəcəklər", Bolibok deyir.

“Nigella sativa”-çörək otu yüksək qan təzyiqi, yüksək xolesterol və diabetin müalicəsində də faydalıdır. Həmçinin iltihab əleyhinə vasitə olaraq allergik rinit və sinüzit, həmçinin uşaq epilepsiyası olan xəstələrə kömək edir.

P.S. Koronavirus tamaşasını akademik səhnədə teatrlaşdıran kürəsəl mafiya onu bitirmək qərarına gəlib. Yoxsa çörək otunun müalicəvi xüsusiyyətlərinin indi aşkarlanması inandırıcı və mümkün deyil. Sözsüz ki, bu bitkinin müalicəvi qabiliyyəti bizə məlum olduğu kimi onlara da məlumdur. Həm də çoxdan. Gizli laboratoriyalarda bizə nanməlum təcrübələr aparan güclər 1500 il əvvəlcədən haqqında xəbər verilmoş şəfalı bitkidən məlumatlı deyildilərmi? Əlbəttə məlumatlıdırlar. Əksini düşünmək belə gülüncdür...
Hazırladı: Ülviyyə Şükürova

XƏBƏR LENTİ