Onlar başımıza bəla olacaq, bizi xaos gözləyir - Dəmir

547 8-08-2021, 09:48 cemiyyet

Onlar başımıza bəla olacaq, bizi xaos gözləyir - DəmirƏfqan miqrantlar naməlum şəxslərin yardımı ilə Türkiyəyə gətirilir.

Bu sözləri türkiyəli ekspert Metexan Dəmir Əfqanıstandakı siyasi gərginliyi şərh edərkən deyib.

“Müəyyən yaş qrupundan olan kişilər ölkəmizə gətirilir. Qəribə durum hakimdir. Türkiyə - Əfqanıstan arası 3500 km-dir. Bu qədər əfqan necə Əfqanıstandan Türkiyəyə gəlir? Görünür, kimlərsə onları Türkiyəyə gətirir. “Miqrasiya xaosu” deyə bir termin mövcuddur. Burada 15-25 illik dövrdən bəhs edilir. Bu gələnlər Türkiyədə ciddi demoqrafik artıma səbəb olacaq. Həmçinin suriyalıların da doğum faizində ciddi artım qeydə alınır. Bu rəqəmlər milyonlarla ifadə edilir. Hazırda 5 milyon miqrant ölkəmizdə yaşayır. Onlardan 3,6 milyonu suriyalıdır. Artıq 5 faizlik rəqəmdən bəhs edirik. Gələcəkdə bu, 15 faizə qalxacaq və İstanbulun demoqrafik vəziyyəti müəyyən qədər dəyişəcək. Bu, gələcəkdə idarəetmədən çıxa bilər. İdarə edə bilmədiyin qaçqınlar isə başa bəla olacaq, bizə problemlər yaradacaq”, - deyə Dəmir bildirib./Axar.az

XƏBƏR LENTİ