"Taliban" Kabili bir həftəyə ələ keçirə bilər" - Pentaqon nümayəndəsi

495 11-08-2021, 12:10 dunya

"Taliban" Kabili bir həftəyə ələ keçirə bilər" - Pentaqon nümayəndəsi“Taliban” qruplaşması 30-90 gün ərzində Əfqanıstanın paytaxtı Kabili ələ keçirə bilər”.

“Sputnik Afqanistan” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi “Washington Post” qəzetinə bildirib.

ABŞ hərbçisi hesab edir ki, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və “Taliban” qruplaşması istəyərsə Kabili bir həftədən 3 ayadək müddət ərzində tuta bilər.

Başqa bir mənbə isə bildirib ki, ABŞ qısa bir müddətdə diplomatlarını və başqa vətəndaşlarını Kabildən çıxarmalıdır.

2020-ci ilin iyununda ABŞ-ın xüsusi xidmət orqanları 6 ay ərzində “Taliban”ın Kabili ələ keçirə biləcəyini bildirmişdi. Hazırda qruplaşma Əfqanıstanın 34 əyalətindən 9-na nəzarət edir./“Report”

XƏBƏR LENTİ