“Koronaviruslu xəstələrin təxminən 10 %-ə qədərində böyrəklər zədələnir” - Həkim

492 12-08-2021, 15:50 cemiyyet

“Koronaviruslu xəstələrin təxminən 10 %-ə qədərində böyrəklər zədələnir” - Həkim“Araşdırmalara görə, koronaviruslu xəstələrin təxminən 10 %-ə qədərində xəstəlik zamanı böyrəklər zədələnir. Çünki müalicələr zamanı çox sayda dərman qəbulu olur. Bu da böyrək və qaraciyər vasitəsilə orqanimzdən xaric olunur”.

“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

O qeyd edib ki, koronavirusa yoluxma zamanı orqanizmdə oksigen çatışmazlığından böyrəklərə ziyan dəyir: “Yaxud da qanda laxtalanma zamanı da böyrəklərimiz zədələnir”.

XƏBƏR LENTİ