Tramp Əfqanıstana görə Baydeni günahlandırıb - "Bu, tam iflasdır"

540 16-08-2021, 08:59 dunya

Tramp Əfqanıstana görə Baydeni günahlandırıb - "Bu, tam iflasdır"Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş Prezidenti Donald Tramp Ağ Evin hazırkı başçısı demokrat Co Baydeni Əfqanıstanda yaranmış vəziyyətə görə tənqid edib.

«O (Bayden), Əfqanıstandan qaçır - bizim administrasiya tərəfindən onun üçün qoyulmuş plan üzrə hərəkət etmək əvəzinə. O plan ki, bizim personal və mülkiyyəti qoruyub və zəmanət verib, «Taliban»ın heç fikrində də olmayacaq ki, bizim səfirliyimizi ələ keçirsin və ya ABŞ-a yeni hücumlar üçün yeni baza təmin etsin» - avqustun 14-də axşam ABŞ eks-prezidentinin yayılmış bəyanatında deyilir.

Trampın versiyasına görə, taliblər artıq ABŞ-dan çəkinmirlər və ya ona hörmət etmirlər. «Necə bir biabırçılıq olacaq ki, «Taliban» öz bayrağını ABŞ-ın Kabildəki səfirliyi üzərində qaldıracaq. Bu, zəiflik, qeyri-kompetentlik və tam strateji qeyri-ardıcıllıq səbəbilə, tam iflasdır» - o, izah edir./AzPolitika.info

XƏBƏR LENTİ