ABŞ diplomatları Kabil səfirliyinin damından qaçıblar - Tarixi kadrlar

530 16-08-2021, 08:00 dunya

ABŞ diplomatları Kabil səfirliyinin damından qaçıblar - Tarixi kadrlarSon dəqiqələr dünya telekanalları Kabildən videokadrlar fırladırlar, kadrlardan "CH-47 Chinook" Amerika helikopteri görünür. Helikoter ABŞ diplomatlarını səfirliyin damından təxliyə edir.

Əl Ərəbiyə qeyd edir ki, helikopterlər səfirliyin damına enirlər və yenidən uçub gedirlər - diplomatik missiyanın əməkdaşlarını aparırlar. «Röyter» agentliyinin məlumatına görə, Amerika diplomatik missiyasının əməkdaşları məxf sənədləri məhv edirlər - taliblərin əlinə keçməkdən ehtiyat edirlər.

Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (ÜDTRŞ) Yaxın Şərqdəki büro rəhbəri Yevgeni Poddubnı bu videonu «tarixi kadrlar» adlandırıb.

«Tarixi kadrlardır, hansı ki, növbəti Amerika məğlubiyyətini hələ uzun müddət illüstrasiya edəcək. Bu gün demək olar ki, amerikalılar Əfqanıstandan getmədilər, onlar müharibəni uduzdular» - o, fikrini ifadə edib.

Poddubnı gülərək, ABŞ Prezidenti Co Baydendən (iyul, 2021 il) sitat gətirib: «Heç bir halda siz, o səhnənin şahidi olmayacaqsınız ki, insanlar Birləşmiş Ştatların Əfqanıstandakı səfirliyinin damından təxliyə edilsinlər».

Hərəkət edən helikopterləri şərh edər internet istifadəçiləri də zarafatlaşırlar: «ABŞ HHQ «marşrutka»sı Amerika səfirliyindən Kabil aeroportuna qədər».

Aeroportun özündən isə KİV-lər xəbər verirlər ki, Əfqanıstan hökumtinin müşavirləri, nazirləri və hüquqşünasları uçuş zalında ölkədən qaçmaq üçün növbəyə dayanıblar.

Artıq xəbər verildiyi kimi, Əfqanıstan Prezidenti Əşrəf Qani üçüncü ölkəyə uçmaq üçün qonşu Tacikistana qaçıb./AzPolitika.info

XƏBƏR LENTİ