Dünyanı bürüyən daşqınlardan 29 % əhali sağ çıxacaq - ELMİ-LƏDUN ARAŞDIRMA

3 050 17-08-2021, 07:19 cemiyyet / maraqli

Dünyanı bürüyən daşqınlardan 29 % əhali sağ çıxacaq - ELMİ-LƏDUN ARAŞDIRMAHələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər əsrlər boyu Günəş və Ay tutulmalarını qeydə almış, bunların sayı üzərində təhlillər aparmışlar.
Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6.585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırıldı.

Alimlər müəyyən etdilər ki, hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir. Onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur.

Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb.

Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir Yəni, Yerin 71 %-i sudan ibarətdir.

Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir.

71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır:

71 - 28 = 43
hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının sirrini açır.

Yeri gəlmişkən, qeyd edim ki, Yerdə olduğu kimi, insan bədəninin də 71 faizi su, 29 faizi isə, bərk maddələrdir.

Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün dünyanı bürüyən daşqınlardan 29 faiz (əməli düz) əhali sağ çıxacaq ki, onlar da normal dövlət qurub, sülh və əminamanlıq şəraitində yaşayacaqlar .
Hamınıza 29 faizin içərisində olmağı arzu edirəm.

Paşa Yaqub,
psixoterapevt, elmi-lədun bilicisi

XƏBƏR LENTİ