Sabiq icra başçısı təcridxanada ÖLDÜ

609 8-09-2021, 13:32 hadise

Sabiq icra başçısı təcridxanada ÖLDÜAğstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.



Xeberdar.net-in "Report"a istinadən məlumatına görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.



Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.



Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ