Polis və agentlik qeyri-qanuni daşımalarla bağlı reydlərə BAŞLADI

Polis və agentlik qeyri-qanuni daşımalarla bağlı reydlərə BAŞLADIAvtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları birgə tədbirlərə başlayıb.



DYP-dən Modern.az-a verilən məlumata görə, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.



Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.



Qeyd edək ki, bu gün səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 DH 343 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.



Qəzayla bağlı cinayət işi başlanıb.



Yük avtomobilinin sürücüsü, Qobustan sakini, 12.04.2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu qəza ilə əlaqədar şübhəli şəxs qismində tutulub.



DANX yük avtomobilinin sürücüsünün heç bir qanuni əsas olmadan fəaliyyət göstərdiyini açıqlayıb.

Xeberdar.net

Polis və agentlik qeyri-qanuni daşımalarla bağlı reydlərə BAŞLADI

  • 13-10-2021, 15:36
  • 217


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda televiziya aparıcısı olan Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb
  2. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  3. Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB
  4. Eldar Həsənov xəstəxanadan təcridxanaya qaytarılıb
  5. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  6. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  7. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  8. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  9. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  10. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI