Azərbaycanda enerji içkiləri ilə bağlı araşdırma aparılıb - 25 məhsul saxta çıxıb

Azərbaycanda enerji içkiləri ilə bağlı araşdırma aparılıb - 25 məhsul saxta çıxıb"Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib".

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib: "Onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı müəyyən edilib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyənləşib".

Q.Təhməzli bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib: "İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub".

Azərbaycanda enerji içkiləri ilə bağlı araşdırma aparılıb - 25 məhsul saxta çıxıb

  • 14-10-2021, 11:41
  • 257


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? - İDDİA
  2. Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub
  3. Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO
  4. AZƏRBAYCANDA "OMİKRON" ŞTAMI AŞKARLANDI - Əhaliyə müraciət
  5. “CİN ŞÜŞƏDƏN ÇIXIB, KTMT ÇƏTİN Kİ, ONU YERİNƏ QAYTARA BİLSİN...” - “Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və...”
  6. Qazaxıstanda baş verənlər Türkiyə-Rusiya rəqabətinin yeni dalğasıdır?
  7. "Yapı Kredi Bank Azərbaycan"dan NARAZILIQ - "Eynisini mən onlara 5 il əvvəl dedim..."
  8. Bakıda şagirdləri döyən direktora şiddətli töhmət verilib
  9. MN Seyfəli poliqonunda partlayışlara görə əhalini təşvişə düşməməyə çağırıb
  10. Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI