Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi açılıb+FOTO

1 418 5-11-2021, 13:19 cemiyyet / gundem

Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi açılıb+FOTO


Bu gün Vətən müharibəsi şəhidi Tural Taryel oğlu Məmmədovun doğum günü onun xatirəsinə yaradılan bulaq kompleksinin açılışı ilə anılıb. Abidə kompleksi Digah qəsəbəsində Mehdiabad-Digah yolu üzərində qurulub.
Tural Məmmədov 2020-ci ildə könüllü olaraq səfərbərlik siyahısına yazılıb və Vətən müharibəsinə gedib. Fizuli rayonundan döyüşlərə başlayıb, Daşaltında, Şuşanın alınmasında rəşadətlə vuruşub, noyabrın 9-dan 10-a keçən gecə Şuşada şəhid olub. Döyüş yoldaşları onun cəsarəti və qorxmazlığı hamını heyran etdiyini söyləyir.
12.11.2020-ci ildə Xırdalan Şəhidlər Xiyabanında dəfn olunub.
“Vətən uğrunda “, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Tural Məmmədov 5 dekabr 1999-cu ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olub. Atası Məmmədov Taryel Novruz oglu Göycə mahalının Kəsəmən kəndindən, anası Həsənova Könül Nəriman qızı Göycə mahalının Cil kəndindəndir. 1988-ci ildə ata-baba yurdlarını tərk etməyə məcbur olublar.
Tural 2006-cı ildə Rəsulzadə qəsəbəsindəki 99 nömrəli məktəbdə təhsil almaga başlayıb. Üstün zəkası ilə seçilib, əla qiymətlərlə oxuyub, yaxşı rəsmlər çəkməyi ilə tanınıb. 2015-ci ildə C.Naxçivanski adına Hərbi Liseyə daxil olub,lakin səhhəti ilə bağlı təhsilini davam etdirə bilməyib.Mehdiabad qəsəbəsi 1 sayli tam orta məktəbdə təhsilini davam etdirib.
2018-ci il yanvardan 2019-cu ilin iyuluna qədər hərbi xidmətdə olub . Vətən müharibəsinə isə könüllü qatılıb.

xeberdar.net

Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi açılıb+FOTO
Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi açılıb+FOTO
Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi açılıb+FOTO

XƏBƏR LENTİ