Azərbaycanda polis ehtiyatsızlıqdan güllə yarası aldı

543 11-11-2021, 11:03 hadise

Azərbaycanda polis ehtiyatsızlıqdan güllə yarası aldıAzərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb və nəticədə atəş açılıb. S.Əliyev hadisə zamanı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

DİN-nin Mətbuat Xidməti Oxu.Az-a faktı təsdiqləyib.

Xeberdar.net

XƏBƏR LENTİ