Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu: Ankaradan SƏRT REAKSİYA - FOTO

415 29-11-2021, 09:34 dunya

Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu: Ankaradan SƏRT REAKSİYA - FOTORusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada terror təşkilatı PKK-nın Suriya qanadı YPG ilə görüşüb. Bu səfərdən sonra Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bir qrupun Rusiya hakimiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməsinin narahatlıqla qarşılandığı qeyd edilib.

Bəşər Əsəd administrasiyası ilə PKK-nın Suriya qanadı YPG arasında vasitəçilik edən Rusiyadan yeni addım gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada PKK/YPG liderlərindən İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qəbul edib.

Digər tərəfdən, Ankara PKK/YPG-nin Moskvaya səfərinə sərt açıqlama ilə reaksiya verib. Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin rəhbərliyi altında “Suriya Demokratik Şurası” adlanan ünsürlərdən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya Federasiyası tərəfindən rəsmi protokolla qəbul edilməsinin narahatlıqla qarşılandığı bildirilib.(Kanal.az)

Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu: Ankaradan SƏRT REAKSİYA - FOTO

XƏBƏR LENTİ