Dekabrın 21-də hava necə olacaq

531 20-12-2021, 17:20 cemiyyet

Dekabrın 21-də hava necə olacaqMilli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi,

gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti,

Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki,

bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Xeberdar.net

XƏBƏR LENTİ