Böyük Britaniya Ukraynadan səfirlik işçilərini çıxarmağa başlayıb

465 12-02-2022, 11:01 dunya

Böyük Britaniya Ukraynadan səfirlik işçilərini çıxarmağa başlayıbBöyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb.

“Report” xəbər verir ki, Böyük Britaniya XİN səfirliyin konsulluq yardımı göstərə bilməyəcəyini bildirib.

“Səfirlik açıq qalır, lakin konsulluq yardımı göstərə bilməyəcəyik. Britaniya vətəndaşları kommersiya imkanları qaldığı müddətdə ölkəni tərk etməlidirlər”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, fevralın 11-də ABŞ Prezidenti Co Bayden Ukraynadakı amerikalılara təhlükə barədə xəbərdarlıq edib və onları ölkəni tərk etməyə çağırıb. Bunun ardından bir sıra ölkələrin rəsmiləri oxşar xəbərdarlıqlarla çıxış ediblər.

XƏBƏR LENTİ