"Putin artıq uduzub: bir az da gözləmək lazımdır və o, özü danışıqlara gələcək..."

513 9-03-2022, 11:34 dunya

"Putin artıq uduzub: bir az da gözləmək lazımdır və o, özü danışıqlara gələcək...""Ukrayna və Rusiya artıq üç raund danışıqlar keçirib. Nəticədə yalnız humanitar dəhlizlər haqda - o da ancaq kağız üzərində- razılaşmaq mümkün olub. Rusiya Federasiyasının ordusu nasistlərə bənzəyir, buna görə də evakuasiya kolonnalarının və mülki şəxslərin marşrutlarını atəşə tutur. Ancaq çox tezliklə danışıqlar fərqli olacaq, çünki Putin onlarla razılaşacaq".

Xeberdar.net-in "UNİAN"a istinadla məlumatına görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko söyləyib. Onun fikrincə, Rusiya Federasiyası Prezidentinin sadəcə olaraq başqa seçimi olmayacaq.

"Putin faşist və nasistdir, o, yaxşı bilir ki, bizdə zirzəmilərdə insanlar var. Mariupoldan əlavə, Kiyevətrafı qəsəbələrdə də vəziyyət çətindir. Orada insanlar su, yemək və dərman olmadan dəhşətli ölümlə üzləşirlər. Xarkovda vəziyyət az-çox sakitdir, şəhər mühasirəyə alınmayıb. Kiyevdə çoxları artıq gediblər”, - deyə Geraşenko "UArazom" telemarafonunun efirində deyib.

"Qarşıda mübarizə var, lakin Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə daha bir az gözləmək lazımdır və Putin özü danışıqlara başlayacaq. Biz təkcə bütün dünya üçün deyil, həm də uzun illərdir ki, Putinin əlində çabalayan Rusiya üçün mübarizə aparırıq”, - deyə Ukrayna rəsmisi vurğulayıb.

Xeberdar.net

XƏBƏR LENTİ