Təbii qaz ehtiyatı üzrə lider ölkələr - İIK ONLUQ

383 31-03-2022, 12:14 dunya

Təbii qaz ehtiyatı üzrə lider ölkələr - İIK ONLUQRəsmi statistikaya əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyard kubmetr təbii qaz çıxarılıb, 3,9 milyard kubmetr ixrac qeydə alınıb.

Ölkənin isbat edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr göstərilir.

Novator.az ABŞ-ın Enerji İnformasiyası Agentliyinə istinadla bildirir ki, təsdiqlənmiş təbii qaz ehtiyatına görə Rusiya liderdir: 47,8 trilyon kubmetr.

İranın 33,7 trilyon kubmetr, Qətərin 24 trilyon 72 milyard kubmetr təbii qaz ehtiyatı var.

İlk onluqdakı qalan ölkələr belə sıralanır:

ABŞ – 15,4 trilyon kubmetr

Səudiyyə Ərəbistanı – 9,2 trilyon kubmetr

Türkmənistan – 7,5 trilyon kubmetr

Birləşmiş Ərəb Əmirlikləri – 6 trilyon 91 milyard kubmetr

Venesuela – 5,7 trilyon kubmetr

Nigeriya – 5 trilyon 475 milyard kubmetr

Çin – 5 trilyon 440 milyard kubmetr.

XƏBƏR LENTİ