Ukraynanın məşhur desantçısı həlak olub

341 31-03-2022, 12:24 dunya

Ukraynanın məşhur desantçısı həlak olubRusiya hərbçiləri Ukraynanın məşhur desantçısını öldürüblər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, 2014-cü ildə Donetsk hava limanının müdafiəsinin əsas iştirakçılarından olan və "Valter" ləqəbi almış Taras Koval Kiyev yaxınlığındakı döyüşlərdə qəhrəmancasına həlak olub.

"Bu kədərli xəbəri “Turn Back Alive” fondunun təsisçisi Vitali Deyneqa Facebook-da paylaşıb. O yazıb ki, "Taras Koval fərqli biri idi. O, əfsanəvi "kiborq təqvimi"nin qəhrəmanlarından biri idi". "Valter" cəsarətli döyüşçü olub. Dürüst, təmiz, ləyaqətli, sadə və yaxşı oğlan idi. 2014-cü ildə demək olar ki, hər cürə çətinliklərdən keçdi", - məqalədə yazılıb.

XƏBƏR LENTİ