SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi

SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi
Aprelin 1-də Sumqayıt Dövlət Universitetində gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə həsr olunmuş “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.
Öncə SDU-nun rektoru professor Elxan Hüseynov və Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi
Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu Öndərə həsr olunmuş kitablara baxış keçirdi. Mərkəzin xatirə kitabında ürək sözlərini qeyd etdi.
Böyük Akt zalında baş tutan görüşdə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov , Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.

Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları, tədbir iştirakçılarını salamladı və müasir dövrdə insan sağlamlığına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən danışdı. Rektor narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin universitetdə keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirən rektor bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışdı və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Sumqayıt şəhər Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili” bölməsinin rəisi, polis mayoru Azər Bağırov, Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov , Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtın səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlər barədə ətraflı çıxış etdi.
Sonra mövzuya dair Sumqayıt ŞPİ-si tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olundu.
Polis polkovniki Fəqan Azadəliyev mövzu ilə bağlı çıxış edərək ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verdi, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə çıxış etdi. Narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər haqqında ətraflı məlumat verdi. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladı.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında diskussiya aparıldı.

SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi
SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi
SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi
SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi
SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi

SDU-da " Narkomaniyaya yox deyək " adlı tədbir keçirildi

  • 2-04-2022, 22:58
  • 1 151


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI