Prokurorluqdan hərbçilərə zor tətbiq edilməsi ilə bağlı AÇIQLAMA

467 6-04-2022, 10:45 cemiyyet

Prokurorluqdan hərbçilərə zor tətbiq edilməsi ilə bağlı AÇIQLAMADaxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Musavat.com-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.

Xeberdar.net

XƏBƏR LENTİ