“Buçada ən azı 25 qız və qadına təcavüz edilib” - Ukrayna Ombudsmanı

482 6-04-2022, 16:30 dunya

“Buçada ən azı 25 qız və qadına təcavüz edilib” - Ukrayna Ombudsmanı“Buçada Rusiya hərbçiləri tərəfindən ən azı 25 qız və qadına təcavüz edilib”.

APA BBC-yə istinadən xəbər verir ki,bu barədə Ukraynanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Lyudmila Denisova deyib.

“Yardım məqsədi ilə yaradılmış “qaynar xətt”ə Rusiya hərbçilərinin zorladığı 14-24 yaş aralığında olan 25 qız və qadın tərəfindən zənglər daxil olub. Biz bu dəhşətli cinayətləri sənədləşdirməyə davam edəcəyik və hər bir cinayətkar cəzalandırılacaq”, - Ukrayna Ombudsmanı bildirib.

Qeyd edək ki, Buça meri Anatoli Fedoruk işğal zamanı şəhərdə 320 mülki şəxsin rusiyalı hərbçilər tərəfindən qətlə yetirildiyini bildirib. Rusiya tərəfi isə Buçada törədilmiş qətliama görə məsuliyyət daşımadığını bəyan edib.

XƏBƏR LENTİ