8-ci sinif şagirdinin ölüm səbəbi BİLİNDİ – “Burnundan əməliyyat olunmuşdu”

503 13-04-2022, 11:36 cemiyyet

8-ci sinif şagirdinin ölüm səbəbi BİLİNDİ – “Burnundan əməliyyat olunmuşdu”Bakıda şagird dünyasını dəyişib.

Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanov qəfil dünyasını dəyişib.

Xeberdar.net-in məlumatına görə.bu barədə məlumatı Bizim.Media-ya Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov açıqlayıb. O, şagirdin ölüm səbəbindən xəbərsiz olduğunu bildirib.

Ölüm faktı ilə bağlı təfərrüatları öyrənmək üçün məktəblə əlaqə yaratdıq. Direktor müavini Validə Ağalarovanın sözlərinə görə ölüm faktı məktəbdə baş verməyib:

“Ailəsinin bildirdiyinə görə şənbə günü şagirdin nənəsigildə burnundan qan açılıb və Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Orada isə dünyasını dəyişib. Ramal Osmanov elə həmin xəstəxanada burnundan əməliyyat olunmuşdu. Ölümünə səbəb olan nədir, deyə bilmərik. Özü yaxşı və mədəni uşaq idi, dərsə davamiyyəti də normal olub. Onun ölümü bizə və bütün məktəb şagirdlərinə çox pis təsir edib”.
8-ci sinif şagirdinin ölüm səbəbi BİLİNDİ – “Burnundan əməliyyat olunmuşdu”
8-ci sinif şagirdinin ölüm səbəbi BİLİNDİ – “Burnundan əməliyyat olunmuşdu”

Xeberdar.net

XƏBƏR LENTİ