Antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib - FOTOLAR

530 14-04-2022, 18:40 cemiyyet

Antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib - FOTOLAR
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ali məktəb tələbələri arasında antikorrupsiya mədəniyyətinin formalaşdırmasına media məlumatlarının təsirinin öyrənilməsi və tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Layihə antikorrupsiya mədəniyyətinin formalaşdırılması məqsədilə aparılan işlərə həsr olunub. Məqsədi korrupsiyaya qarşı mübarizədə vətəndaş dəstəyi, iştirakçılığı və ayıqlığını təmin etməklə antikorrupsiya mədəniyyətinin formalaşmasına tövhə verməkdir.
Tədbiri giriş sözü ilə açan Birliyin sədri Əlövsət Allahverdiyev bildirdi ki, beynəlxalq təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə vətəndaşın dəstəyi, iştirakçılığı və ayıqlığı olmadan uğurlu nəticə vermir. Vətəndaş cəmiyyəti və biznes assosasiyaları, media, ticarət birlikləri və digər maraqlı tərəflərin iştirakçılığı korrupsiyanın mənfi təsirləri haqqında maarifləndirmədə və bu mövzuda müzakirələrin intensivləşməsində xüsusi rol oynayır. Bu tərəflər həmçinin hökumətin fəaliyyətinə nəzarəti həyata keçirməklə, məmurların gündəlik həyat tərzini izləyir, nəticələri ictimai müzakirəyə və aidiyyatı qurumların istintaqına təqdim edir və sonda mübarizənin effektivliyini artırır.
Daha sonra çıxış edən hüquq üzrə fəlsəfə doktoru, ekspert Səyyad Məcidov diqqəti korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yönəltdi. O, ictimai birliklərin korrupsiya ilə mübarizədə işinin effektivliyini təmin etmək üçün iki əsas vacib şərtin olduğunu bildirdi.
Birincisi, ictimai iştirakçılığın hüquqi bazasının formalaşdırılmasıdır.
İkincisi isə qanunvericilik bazasının olduğu təqdirdə hökumətin qeyri-hökumət institutunun mübarizə qatqısına loyal münasibət sərgiləməsi və işbirliyinə açıq olmasıdır. Hazırda ölkəmizdə hər iki vacib şərt özünü doğruldur. Azərbaycanda idarəetmədə, korrupsiya ilə mübarizədə və s. problemlərdə vətəndaşın iştirakçılığı deyure və defakto təmin edilir və vətəndaş cəmiyyətinin potensialından kifayət qədər səmərəli istifadəyə şərait var.
Ekspert daha sonra qeyd etdi ki, korrupsiya bütün dövrlərdə və cəmiyyətlərdə tərəqqiyə mane olan ən ciddi problemlərdən biri olub və müasir dünyanın da əsas təhlükələri sırasında ön yerlərdən birini tutur. Korrupsiya, qanunun aliliyini və dövlətin institutsional əsaslarını zəiflətməklə ümumi inkişaf prosesinə və beləliklə, iqtisadi artıma və sosial tərəqqiyə ciddi zərbə vurur Ona görə də Azərbaycanda da korrupsiya iqtisadi potensialımızdan daha dolğun istifadə edilməsinin və sosial iqtisadi tərəqqimizin həmin güclü iqtisadi potensialımıza uyğun səviyyədə olmasının qarşısında duran ən ciddi maneələrdən və cəmiyyəti narahat edən ən ciddi problemlərdən biridir.
Antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib - FOTOLAR
S.Məcidov çıxışının sonunda korrupsiyaya qarşı mübarizə haqqında da danışdı. O dedi ki, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyət genişləndirilməlidir.
Sonra hüquqşünas, Bakı Slavyan Universitetinin müəllimi Kəmalə Nəsirova çıxış etdi. O çıxışı zamanı bildirdi ki, uzun illərdir ki, Azərbaycanda korrupsiyaya qarşı tədbirlər görülür. Lakin bununla belə, bəzi sahələrdə problemlər qalmaqdadır. Ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib. Bundan əlavə, əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin (ASAN Xidmət) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb.
Antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib - FOTOLAR
Bununla belə hələ də həlli vacib bir sıra məsələlərin qaldığını bildirən K.Nəsirova dedi ki, Azərbaycandakı korrupsiyanın miqyası, real durum, cəmiyyəti narahat etmə dərəcəsi, eləcə də bir sıra beynəlxalq araşdırmalarda Azərbaycanın yeri göstərir ki, korrupsiyaya qarşı mübarizədə hələ çox iş görmək lazımdır.
Sonra tədbir iştirakçılarının fikir və düşüncələri dinlənildi, onları maraqlandıran suallara cavab verildi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edillməsi üzrə meneceri Fuad Rzazadə də tədbirdə iştirak etmişdir.
Antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib - FOTOLAR
Antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib - FOTOLAR


Mirzə Li
Xəbərdar.net

XƏBƏR LENTİ